"Neftçi" 9 oyundan sonra "Qarabağ"dan xal ala biləcək?
Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları davam edir.
Msport.az xəbər verir ki, turun mərkəzi oyununda “Neftçi” öz meydanında “Qarabağ”la qarşılaşacaq.
Aktivində 53 xalı olan Qurban Qurbanovun komandası turnir cədvəlinə başçılıq edir. “Ağ-qaralar” isə 24 xalla altıncı yeri tutur.
Bu mövsüm “Qarabağ” hər iki oyunda “Neftçi”dən üstün olub – 4:0 və 3:0. Ümumiyyətlə, Ağdam klubu son 9 oyunda “Neftçi” üzərində qələbə qazanıb.
Günün digər oyununda “Turan Tovuz” doğma divarlar arasında “Araz Naxçıvan”ı qəbul edəcək. Turnir cədvəli baxımından bu görüşün də böyük əhəmiyyəti var. Meydan sahibləri qalib gələrsə, “Zirə” ilə xal fərqini 3-ə endirmiş olacaq.
Azərbaycan Premyer Liqası
3-cü dövrə, 23-cü tur
16 fevral
19:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
“Neftçi Arena”
16:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Tovuz şəhər stadionu
17 fevral
16:00. “Kəpəz” – “Şamaxı”
19:00. “Səbail” – “Sabah”
15 fevral
“Sumqayıt” – “Zirə” – 0:3