"Neftçi" başladı - 7 futbolçu göndərildi
“Neftçi” 7 futbolçusu ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
6 futbolçu – Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdinin müqavilə müddəti başa çatıb. Bu oyunçularla müqavilə yenilənməyib.
Həmçinin icarə müqaviləsi bitən Rüstəm Samiqullin məxsus olduğu “Sabah” klubuna qayıdıb.
Qeyd edək ki, “Neftçi” mövsümü 6-cı yerdə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib. Rəhbərlik baş məşqçi Samir Abasovu işində saxlasa da, heyətdə böyük dəyişikliklər olacaq.