featured-image-70896

AFFA İntizam Komitəsi “Neftçi”ni 9700 manat cərimələyib.

Msport.az xəbər verir ki, buna Premyer Liqanın VIII turunda “Araz-Naxçıvan”la matçda (2:2) yaşananlar səbəb olub.

“Ağ-qaralar” 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

Meydan sahiblərinin azarkeşləri rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirib ki, bu hal cari mövsümdə ikinci dəfə yaşandığı üçün kluba 6000 manat cərimə tətbiq edilib.

Bundan əlavə, fanatlar rəqib oyunçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirdiyinə görə “Neftçi” 3000 manat ziyana düşüb.

Bənzər xəbərlər