"Neftçi" daha 2 futbolçu ilə yollarını ayırdı - RƏSMİ
“Neftçi” heyətlə bağlı islahatları davam etdirir. Msport.az xəbər verir ki, avrokuboklardan kənarda qalan “ağ-qaralar” daha 2 futbolçu ilə yollarını ayırıb.
Robert Bauer və Rafael Quzzo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Almaniyalı Bauer ötən mövsüm Azərbaycan Premyer Liqasında 15 oyunda forma geyinib. 30 yaşlı Quzzo da 15 oyunda meydana çıxıb.
Qeyd edək ki, paytaxt klubu bundan əvvəl 5 futbolçu ilə də vidalaşmışdı.