“Neftçi”də 11-ci ayrılıq - RƏSMİ
“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, yarımmüdafiəçi Filip Ozobiç komandanı tərk edib.
34 yaşlı oyunçu ilə başa çatan müqavilə yenilənməyib. Ozobiç yay fasiləsində “Neftçi” ilə vidalaşan 11-ci oyunçu olub. Ona qədər Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo və Dembo Darbo ilə yollar ayrılıb.
Qeyd edək ki, 2023-cü ilin yayından “Neftçi”də çıxış edən millimizin sabiq üzvü bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub.