featured-image-80190

“Neftçi” Sloveniyadakı təlim-məşq toplanışında bu gün 3-cü yoxlama matçına çıxıb.

Msport.az xəbər verir ki, “ağ-qaralar” Serbiya təmsilçisi “Radniçi Niş” ilə üz-üzə gəlib.

Görüş “Neftçi”nin böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0. Paytaxt klubununu heyətində Breno Almeyda (2, 26) dubl edib. Digər qolu isə Ağadadaş Salyanski (82) vurub.

Qeyd edək ki, “Neftçi” bunadək “Partizan”a (Serbiya) 0:1, ÇFR-ə (Rumıniya) isə 1:2 hesabı ilə uduzub.

Bənzər xəbərlər