featured-image-40086

Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.

Msport.az-ın məlumatına görə, son oyun Sumqayıtda keçirilib.

Şəhərin eyniadlı komandası tura lider kimi girən “Zirə”ni qəbul edib. Görüş qolsuz bərabərliklə yekunlaşıb. Bu isə “Zirə”nin liderliyi əldən verməsinə səbəb olub.

Əvvəlki oyunlarda “Qarabağ” “Sabah”ı (2:1), “Qəbələ” “Turan Tovuz”u (4:0) məğlub edib, “Səbail” – “Kəpəz” (0:0) və “Neftçi” – “Araz-Naxçıvan” (1:1) matçları bərabərə yekunlaşıb.

Qeyd edək ki, Premyer Liqada XV turun oyunları 2-4 dekabr tarixlərində keçiriləcək.

__________________________

Azərbaycan Premyer Liqasında bu gün XIV tura yekun vurulacaq.

Msport.az xəbər verir ki, son gündə iki oyun keçiriləcək.

Meydana ilk olaraq “Neftçi” çıxacaq. Premyer Liqanın bürünc mükafatçısı “Araz-Naxçıvan”ı qəbul edəcək. Adrian Mutunun kollektivi turnir cədvəlindəki qonşusunu qabaqlamaq üçün doğma azarkeşləri önündə qələbə qazanmalıdır.

Tura Sumqayıtda yekun vurulacaq. Şəhərin eyniadlı komandası “Zirə” ilə üz-üzə gələcək. Rəşad Sadıqovun yetirmələri liderliyi davam etdirmək üçün bu qarşılaşmada da hesablarına 3 xal yazdırmalıdırlar. Əks təqdirdə, “Sumqayıt” aradakı xal fərqini 3-ə endirəcək.

Premyer Liqa
XIV tur
26 noyabr (bazar)

15:30. “Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural Qurbanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
“Neftçi Arena”

18:00. “Sumqayıt”– “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Kapital Bank Arena”

Bənzər xəbərlər