featured-image-72533

Azərbaycan Premyer Liqasının XV turunda bu gün “Neftçi”ni qəbul edəcək “Sabah” Bakı derbisinə ciddi itkilərlə çıxacaq.

Msport.az xəbər verir ki, düşərgədə cəzalı futbolçu yoxdur.

Əvəzində Pavol Şafranko, Zinəddin Uld Xaled, Neqoş Kupusoviç və Boyan Letiç zədə səbəbindən “Neftçi”yə qarşı oynamayacaqlar. Cesse Sekidikanın meydana çıxıb-çıxmayacağı isə dəqiq bilinmir. İvan Lepinitsanın da müəyyən problemləri var, lakin onun komandaya kömək etmək ehtimalı yüksəkdir.

Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Neftçi” oyununun start fiti 20:00-da səsləndiriləcək.

Bənzər xəbərlər