featured-image-66470

Milli komandamızın hücumçusu Renat Dadaşov karyerasını Azərbaycanda davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Neftçi” 26 yaşlı hücumçu ilə yaxından maraqlanır. Forvard artıq Polşanın “Radomyak” klubundan ayrılıb. Ona Polşanın digər komandalarından dəvət olsa da, “ağ-qaralar” yaxşı maliyyə şərtləri irəli sürə bilər.

Qeyd edək ki, “Neftçi” yeni mövsüm üçün avrokuboklara vəsiqə verən biləcək güclü heyət yığmağa çalışır.

Bənzər xəbərlər