"Neftçi" Mutu ilə yollarını ayırdı
“Neftçi” baş məşqçisi Adrian Mutu ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, nəticələrdən narazı olan klub rəhbərliyi rumıniyalı mütəxəssislə əməkdaşlığa son qoyub.
Anasının vəfatı ilə əlaqədar ölkəsinə yollanan çalışdırıcı geri dönməyəcək.
Qeyd edək ki, “Neftçi” cari mövsümün əvvəlində böyük ümidlərlə baş məşqçi təyin etdiyi Adrian Mutu ilə 2 illik müqavilə imzalamışdı.







