“Neftçi”nin evdə 75-ci məğlubiyyəti
“Neftçi” Azərbaycan Premyer Liqasında uğursuz çıxışını davam etdirir.
Msport.az xəbər verir ki, “ağ-qaralar” son olaraq 30-cu turda doğma arenasında “Zirə”yə uduzub.
Bu, “Neftçi”nin Azərbaycan çempionatlarında 75-ci ev məğlubiyyəti olub. Komanda ölkə çempionatlarında ümumilikdə 473 qarşılaşmada iştirak edib. “Zirə” ilə görüşdə buraxılan ilk top isə qonaqların 350-ci qolu olub.
Qeyd edək ki, “Neftçi” evdə “Zirə”yə 2:4 hesabı ilə məğlub olub.