featured-image-39533

“Meydana üç xal üçün çıxacağıq”.

Msport.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Höccət Haqverdi bu gün “Sumqayıt”a qarşı keçirəcəkləri Premyer Liqanın XIII tur oyunu ilə bağlı klubun rəsmi televiziyasına açıqlamasında deyib.

30 yaşlı müdafiəçi matça çox yaxşı hazırlaşdıqlarını bildirib.

Azərbaycan millisinin üzvü müdafiənin həm mərkəzində, həm də cinahında oynaya bildiyini söyləyib: “Bəzi görüşlərdə cinahda çıxış etmişəm və komanda həmin zamanda da qol buraxmayıb. Əsas odur ki, qol buraxmayaq və qələbə qazanaq. Bu, mənim üçün vacibdir”.

Qeyd edək ki, bu gün “Bakcell Arena”da reallaşacaq görüş saat 16:30-da başlanacaq.

Bənzər xəbərlər