"Neftçi"nin legioneri vətəndaşlıqdan məhrum edilə bilər
“Neftçi”nin futbolçusu Ataa Caber İsrail vətəndaşlığından çıxarıla bilər.
Msport.az xəbər verir ki, bu təşəbbüslə Yerusəlim hökumətinin mədəniyyət və idman naziri çıxış edib.
O bildirib ki, DÇ-2026-nın Livanla oyununda İsraillə müharibədə ölən fələstinlilərin xatirəsini 1 dəqiqlik sükutla yad edən futbolçu vətəndaşlıqdan məhrum edilməlidir.
Qeyd edək ki, Ataa Caber daha əvvəl İsrailin aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib.