featured-image-5997

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini gücləndirir.

Msport.az Kipr mətbuatına istinadən xəbər verir ki, Limassol klubu Mihlali Mayembela ilə müqavilə bağlayıb. 25 yaşlı vinger karyerasının çox hissəsini Avropa klublarında keçirib. Cənubi Afrika Respublikasının “Kayzer Çifs” klubunun yetirməsi olan futbolçu İsveçdə “Yurqorden”, “Braqe” komandalarının formasını geyinib. 2018-ci ildə Portuqaliya təmsilçisi “Farense”yə gələn Mayembela növbəti mövsümləri İsrailin “Bney Yehuda” və Portuqaliyanın “Akademika” klublarında icarədə keçirib.

“Aris” yarımmüdafiəçi ilə bir illik müqavilə bağlayıb.

Bənzər xəbərlər