"Neftçi" və "Zirə"dən səfər qələbəsi - YENİLƏNDİ
Bu gün Azərbaycan Premyer Liqasında XII tur başa çatacaq.
Msport.az xəbər verir ki, tura son gündə keçiriləcək iki oyunla yekun vurulacaq.
Günün ilk matçında “Neftçi” səfərdə “Qəbələ”nin qonağı olacaq.
Turun son görüşündə isə “Sabah” öz meydanında “Zirə”ni qəbul edəcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Səbail” “Turan Tovuz”u (2:1), “Qarabağ” “Kəpəz”i (7:1), “Sumqayıt” isə “Araz-Naxçıvan”ı (2:0) məğlub ediblər.
Premyer Liqa
XII tur
5 noyabr
16:00. “Qəbələ” – “Neftçi” – 0:2
Qollar: Dieqo Valdes, 60. Rəhman Hacıyev, 90+4
Baş hakim: Kamal Umudlu
Qəbələ şəhər stadionu
18:30. “Sabah” – “Zirə” – 0:1
Qol: Rüstəm Əhmədzadə, 90+1
Qırmızı vərəqə: Emmanuel Appeh, 41 (“Sabah”)
Baş hakim: Tural Qurbanov
“Bank Respublika Arena”