“Neftçi” qələbəni əldən verdi
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Neftçi” 2026/2027-ci illər mövsümündə ilk oyuna çıxıb.
Msport.az xəbər verir ki, Bakı klubu II təsnifat mərhələsinin birinci matçında Belarusun “Dinamo” (Minsk) komandasını qəbul edib.
“Palms Sports Arena”da keçirilən görüş rəqibin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Neftçi”nin heyətində ilk qolu 2-ci dəqiqədə Emin Mahmudov vurub, 8-ci dəqiqədə isə “Dinamo”nun oyunçusu Aleksandr Selyava avtoqol müəllifi olub.
Komandalar arasında cavab oyunu iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərində keçiriləcək.







