featured-image-38341

“Neftçi” klubu Rusiyanın “Spartak” komandasında çıxış edən Leon Klassenlə maraqlanmasına münasibət bildirib.

Msport.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidmətindən “Sport-express”ə açıqlama verilib.

Azərbaycan təmsilçisi 23 yaşlı müdafiəçini transfer etmək istədiklərini təsdiqləyib: “Hətta bəzi ilkin razılaşmalar da əldə olunub. Amma Klassen digər Avropa klublarından təklif gözlədiyi üçün bunlar gecikdi. Klassen razılaşanda isə “Neftçi” başqa oyunçu ilə bağlı qərar verdi. Bu səbəbdən anlaşma baş tutmadı. Həmin futbolçunu izləməyə davam edəcəyik. Gələcəkdə də əməkdaşlıq variantını istinad etmirik”.

Qeyd edək ki, daha əvvəl Rusiya mətbuatı oyunçunun “Neftçi”nin təklifini rədd etdiyini yazıb.

Bənzər xəbərlər