"Neftçi" "Spartak"la nə vaxt qarşılaşacaq?
“Neftçi” Bakıda “Spartak”la yoldaşlıq oyunu keçirə bilər. Lakin hələ ki matçın tarixi ilə bağlı heç bir məlumat yoxdur.
Msport.az Rusiya mətbutına istinadən xəbər verir ki, bunu Moskva klubunun mətbat katibi Dmitri Zelenov bildirib:
“Neftçi” ilə cavab oyunu barədə hələ ki informasiya yoxdur. Memorandum imzalanıb. “Neftçi”dəki həmkarlarımızla yaxşı münasibətlərimiz var. Cavab qarşılaşması barədə xəbər olan kimi mətbuata məlumat verəcəyik”.
Xatırladaq ki, ötən yay “Neftçi” Moskvada “Spartak”la yoldaşlıq görüşü keçirmişdi. Həmin oyunda meydan sahibləri 2:0 hesabı ilə qalib gəlmişdilər.
“Neftçi” noyabrın 18-də Bakıda Rusiyanın digər təmsilçisi “Zenit”lə yoxlama oyununda üz-üzə gələcək.