featured-image-39510

Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu baş tutub.

Msport.az xəbər verir ki, günün ikinci matçında “Turan Tovuz” “Sabah”ı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 35-ci dəqiqədə penaltidən Fərid Nəbiyev, iki dəqiqə sonra Bruno Qonçalves vurub. Qonaqlarda 8, 26 və 42-ci dəqiqələrdə Davit Volkov fərqlənməklə het-trik müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran “Sabah” 7-ci pilləyə yüksəlib. Tovuz klubu 8-ci sıraya enib.

Qeyd edək ki, günün ilk görüşündə “Sumqayıt” səfərdə “Neftçi”yə qalib gəlin – 2:1. Turun “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Səbail” oyunları noyabrın 12-də gerçəkləşəcək. Ötən gün açılış matçında “Kəpəz” “Araz-Naxçıvan”ı minimal hesabla üstələyib – 1:0.

___________________________

FAzərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu baş tutub.

Msport.az xəbər verir ki, günün ilk matçında “Neftçi” “Sumqayıt”ı qəbul edib.

“Neftçi Arena”dakı qarşılaşma “gənclik şəhəri” təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Ataa Caber 35-ci dəqiqədə hesabı açıb. Qonaqlarda Masaki Murata 56-cı dəqiqədən tarazlığı bərpa edib. 69-cu dəqiqədə Roi Kehat “Sumqayıt”ın ikinci qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran “gənclik şəhəri” təmsilçisi üçüncü pillədəki “Səbail”ə çatıb. “Ağ-qaralar” 18 xalla altıncı sıradadır.

Qeyd edək ki, günün ikinci görüşündə “Turan Tovuz” “Sabah”ı qəbul edəcək. Turun “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Səbail” oyunları noyabrın 12-də gerçəkləşəcək. Ötən gün açılış matçında “Kəpəz” “Araz-Naxçıvan”ı minimal hesabla üstələyib – 1:0.

___________________________________

Azərbaycan Premyer Liqasında bu gün XIII turun daha iki matçı baş tutacaq.

Msport.az xəbər verir ki, “Sumqayıt” “Neftçi”nin, “Sabah” “Turan Tovuz”un qonağı olacaq.

Azərbaycan Premyer Liqası, XIII tur

16:30. “Neftçi” – “Sumqayıt” 1:2
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Neftçi Arena”

19:00. “Turan Tovuz” – “Sabah” 2:3
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz şəhər stadionu

Qeyd edək ki, turun “Zirə” – “Qəbələ” və “Qarabağ”– “Səbail” oyunları noyabrın 12-də gerçəkləşəcək. Ötən gün “Kəpəz” “Araz-Naxçıvan”ı minimal hesabla üstələyib – 1:0.

Turnir cədvəli: 

1 Zirə 12 24
2 Qarabağ 12 23
3 Səbail 12 21
4 Araz-Naxçıvan 13 20
5 Neftçi 12 18
6 Sumqayıt 12 18
7 Turan Tovuz 12 15
8 Sabah 12 13
9 Kəpəz 13 9
10 Qəbələ 12 8

 

Bənzər xəbərlər