"Neftçi" Varqasın transferini həll etdi
“Neftçi” Fredi Varqasın transferini həll edib.
Msport.az xəbər verir ki, “Makkabi” (Netaniya) klubu ilə aparılan danışıqlar nəhayət ki, müsbət nəticələnib.
“Ağ-qaralar” venesuelalı futbolçunun transferi üçün qarşı tərəfə təxminən 600 min avro ödəyib.
27 yaşlı vingerin 3 illik müqaviləyə imza atması gözlənilir. Varqasın bu axşam Bakıda olması planlaşdırılır.
Ötən mövsüm “Neftçi”də icarə əsasında çıxış edən futbolçu 34 oyunda 5 qol vurmuş və 8 məhsuldar ötürmə vermişdi.







