featured-image-61459

“Neftçi”nin yeni transferi Aleks Fernandes komanda ilə ilk məşqinə çıxıb.

Msport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Premyer Liqanın XXIII turunda “Qarabağ”a qarşı keçiriləcək matçın hazırlığında iştirak edib.

Prinsipial qarşılaşma fevralın 16-da keçiriləcək və saat 19:00-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” 22 yaşlı futbolçunu Rusiyanın “Baltika” klubundan cari mövsümün sonuna kimi icarəyə götürüb. Razılaşmaya görə, icarə müddəti sonradan daha 6 ay uzadıla bilər.

media-2 media-3

Bənzər xəbərlər