featured-image-63795

Bu gün Azərbaycan Premyer Liqasında 30-cu turun son iki oyunu keçiriləcək.

Msport.az xəbər verir ki, günün ilk görüşündə “Kəpəz” Tovuzda “Araz Naxçıvan”ı qəbul edəcək. Azər Bağırovun komandası bu qarşılaşmada qalib gəlsə, turnir cədvəlində “Sumqayıt”ı geridə qoyaraq 8-ci sıraya yüksələcək.

Turun son oyununda isə “Neftçi” doğma divarlar arasında “Zirə” ilə üz-üzə gələcək.  “Ağ-qaralar”  35 xalla 6-cı, Rəşad Sadıqovun komandası isə 55 xalla ikinci yeri tutur.  “Neftçi” qələbə qazansa, turnir cədvəlində “Sabah”ı keçəcək.

Azərbaycan Premyer Liqası, 30-cu tur

13 aprel

17:00. “Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər:
 Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Tovuz şəhər stadionu

19:15. “Neftçi” – “Zirə”
Hakimlər:
 Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
“Neftçi Arena”.

11 aprel

“Səbail” – “Qarabağ” – 1:4

12 aprel

“Turan Tovuz” – “Sabah” – 2:1

“Sumqayıt” – “Şamaxı” – 1:2

 

Bənzər xəbərlər