featured-image-78242

“Vest Hem”in hücumçusu Carrod Bouen Premyer Liqa klublarının diqqət mərkəzinə düşüb.

Msport.az xəbər verir ki, “Çelsi”, “Liverpul” və “Mançester Yunayted” futbolçu ilə yaxından maraqlanır.

Bildirilir ki, “Vest Hem” Premyer Liqanı tərk edərsə, maliyyə sabitliyini qorumaq üçün 100 milyon funtdan çox dəyərində oyunçu satmaq məcburiyyətində qala bilər.

Qeyd edək ki, 29 yaşlı Bouen bu mövsüm London klubunda 21 məhsuldar göstərici ilə yadda qalıb.

Bənzər xəbərlər