Nene “Fənərbağça”dan ayrılmaq istəyir
Malidən olan futbolçu Dorqeles Nene “Fənərbağça”dan ayrılmaq istəyir.
Msport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində İstanbul təmsilçisi ilə vidalaşmaq niyyətindədir.
Afrikalı oyunçu artıq bununla bağlı agentinə də məlumat verib.
Qeyd edək ki, Dorqeles Nene 2025-ci ildən “Fənərbağça”da çıxış edir.







