Nəriman oynamadı, komandası qalib gəldi
Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” MLS-də növbəti oyununa çıxıb.
Msport.az xəbər verir ki, həmyerlimizin komandası “Filadelfiya Union”la qarşılaşıb.
“Kolumbus Kryu” bu görüşdən qalib ayrılıb – 2:0.
Qeyd edək ki, ehtiyatda qalan Nəriman meydana çıxmayıb. “Kolumbus Kryu” 10 turdan sonra 12 xalla 8-ci pillədədir.







