featured-image-73785

Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” ikinci yoxlama oyununa çıxıb. Msport.az xəbər verir ki, “ağ-qaralar” Misir təmsilçisi “Piramis”lə üz-üzə gəlib.

Oyun 1:1 hesabı ilə başa çatıb. Paytaxt klubunun yeganə qolunu 87-ci dəqiqədə Murad Məmmədov vurub.

“Neftçi” ilk oyunda “Kayrat” üzərində 3:0 hesablı qələbə qazanmışdı. Yuri Vernudubun komandası yanvarın 16-da keçiriləcək sonuncu oyununda Çinin “Çenqdu Ronqçenq” klubu ilə üz-üzə gələcək.

Bənzər xəbərlər