featured-image-70683

Braziliya millisinin və “Santos”un futbolçusu Neymar karyerasını A seriyasında davam etdirməyə hazırdır. Msport.az xəbər verir ki, İtaliyanın iki klubu onun xidmətlərində maraqlıdır.

Bu barədə insayder Fabritso Romano məlumar yayıb. Onun sözlərinə görə, “İnter” və “Napoli” 33 yaşı hücumçunu heyətində görmək istəyir.

Neymar dekabrın 31-də “Santos”la müqaviləsi başa çatdıqdan sonra Avropaya dönməyi planlaşdırır.

Braziliyalı forvard DÇ-2026-dan öncə Avropa klublarında çıxış etmək niyyətindədir.

 

Bənzər xəbərlər