Neymar "Santos"un məşqinə helikopterlə gedib-gəlir
“Santos”un hücumçusu Neymar hər gün Manqaratibadakı evindən “Santos”un məşqinə maraqlı üsulla gedib-gəlir.
Msport.az xəbər verir ki, 33 yaşlı forvard hələ Santos ştatında ev almadığı üçün klubun bazasına getmək üçün şəxsi helikopterdən istifadə edir.
Futbolçunun nümayəndələri Morro-de-Santa Terezinya ərazisində malikanə almaq üzərində işləyirlər.
Qeyd edək ki, Neymar 2009-2013-cü illərdə də “Santos”un əsas komandasında çıxış edib. O, klubda 225 oyun keçirib, 136 qol vurub və 64 məhsuldar ötürmə edib.