featured-image-80903

Braziliya millisinin sabiq hücumçusu Neymar üçün yığmada vida oyunu təşkil oluna bilər.

Msport.az xəbər verir ki, Braziliya Futbol Konfederasiyası (CBF) 34 yaşlı futbolçu üçün vida matçının keçirilməsi variantını nəzərdən keçirir.

Hazırda bu təşəbbüs ilkin müzakirə mərhələsindədir.

Neymar bu yaxınlarda Braziliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb. O, 2010-cu ildə debüt etdiyi yığmada 130 oyuna çıxıb, 80 qol və 59 məhsuldar ötürmə ilə yadda qalıb. Neymar həmçinin Braziliya millisinin tarixinin ən sərrast bombardiridir.

Təcrübəli futbolçu millinin heyətində 2016-cı il Olimpiadasının və 2013-cü il Konfederasiyalar Kubokunun qalibi olub.

Bənzər xəbərlər