featured-image-80762

Braziliya millisinin və “Santos”un futbolçusu Neymar yenidən qalmaqallı hadisə ilə gündəmə gəlib.

Msport.az xəbər verir ki, 34 yaşlı hücumçu Braziliya A Seriyasının 20-ci turunda “Şapekoense” ilə 2:2 hesabı ilə başa çatan oyunun fasiləsində paltardəyişmə otağında iki gənc komanda yoldaşını sərt şəkildə tənqid edib.

İddia olunur ki, Neymar Qabriel Bontemponu təhqir edərək onu “axmaq” adlandırıb və gələn il də “Şapekoense”yə qarşı oynayacağını bildirib. Hansı ki, “Şapekoense” hazırda sonuncu pillədədir. O, həmçinin Joao Ananiasın oyun səviyyəsini də kəskin tənqid edib. Hadisənin komandada gərginlik yaratdığı bildirilir.

Qeyd edək ki, son günlər Neymar poker turnirində iştirak etdiyi üçün “Santos”un oyununu buraxması ilə bağlı tənqidlərin də hədəfinə çevrilmişdi.

Bənzər xəbərlər