featured-image-78317

Braziliya Futbol Konfederasiyası (CBF) 2026-cı il dünya çempionatı üçün çağırılan millinin hücumçusu Neymarın yüngül şişkinlikdən daha ciddi zədəsi olduğunu və onun sağalmasının “Santos”un əvvəllər bildirdiyindən daha uzun çəkə biləcəyini bildirib.

Msport.az xəbər verir ki, CBF 34 yaşlı hücumçunun səhhəti ilə bağlı dəqiq məlumatların olmamasından narazıdır.

Neymarın dünya çempionatından əvvəl Panama (31 may) və Misir (5 iyun) ilə yoldaşlıq oyunlarında iştirakının ehtimalının az olduğu vurğulanır.

Karlo Ançelottinin məşqçilər heyəti həmçinin Neymarın fiziki vəziyyətinin ona DÇ-2026-nın qrup mərhələsinin birinci turunda Mərakeşə qarşı (14 iyun) oynamağa imkan verib-verməyəcəyini də müzakirə edəcək.

Bənzər xəbərlər