featured-image-2731

Fransa Peşəkar Futbolçular İttifaqı (UNFP) Liqa 1-də 2021/22 mövsümünün ən yaxşı oyunçusu adına namizədlərin siyahısını açıqlayıb.

Msport.az xəbər verir ki, bu barədə sözügedən qurumun rəsmi saytı məlumat yayıb.

Namizədlər sırasında Kilian Mbappe (PSJ), Vissam Ben-Yedder (“Monako”), Dimitri Payet (“Olimpik”, Marsel), Lukas Paketa (“Olimpik”, Lion) və Martin Terye (“Renn”) yer alıb.

Maraqlıdır ki, vaxtından öncə çempionluğu təmin edən PSJ-nin hücumçuları Lionel Messi və Neymar siyahıya daxil edilməyib.

Qalibin adı mayın 15-də açıqlanacaq.

Bənzər xəbərlər