Nikaraqua millisinin futbolçusu Premyer Liqamızda?
Nikaraqua millisinin futbolçusu Vidman Talavera karyerasını Azərbaycanda davam etdirə bilər.
Msport.az “laprensani.com” nəşrinə istinadən xəbər verir ki, adı açıqlanmayan Premyer Liqa təmsilçisi ölkəsində “Esteli” klubunda çıxış edən 20 yaşlı vingerlə maraqlanır.
Onun Misirdə bir komandanın diqqətində olduğu da iddia olunur.
Qeyd edək ki, 2022-ci ildən Nikaraqua millisinə çağırılan Vidman Talavera 9 oyunda iştirak edib, hesabına 1 qol yazdırıb.







