featured-image-81740

Fransalı hücumçu Kristofer Nkunku yenidən Almaniya çempionatına qayıdacaq.

Msport.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq paylaşım edib.

“Leyptsiq” 28 yaşlı futbolçunu “Milan”dan icarəyə götürəcək.

Mənbənin sözlərinə görə, klublar arasında artıq keçidlə bağlı şifahi razılıq olub. İcarə müqaviləsində satınalma maddəsi də əks olunacaq.

Transferin yaxın 2-3 gündə rəsmiləşməsi gözlənilir.

Nkunku 2019-2023-cü illərdə “Leyptsiq”də çıxış edib. Daha sonra o, “Çelsi”yə keçib. Forvard “Milan”a ötən yay gəlib.

İtaliya klubunun baş məşqçisi Ruben Amorim Nkunkunun onun planlarına daxil olmadığını deyib.

Bənzər xəbərlər