featured-image-81189

“Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt karyerasını “Bavariya” və ya “Çelsi”də davam etdirə bilər.

Msport.az xəbər verir ki, Münhen və London klubları 26 yaşlı futbolçu uğrunda mübarizəyə qoşulublar.

Hazırda “Çelsi” ingiltərəli yarımmüdafiəçinin transferi üçün əsas namizəd hesab olunur. Hər iki nəhəng klub Gibbs-Uaytın agentini dəyişmək qərarı verdiyini öyrəndikdən sonra ona maraq göstərməyə başlayıb.

“Transfermarkt” portalı ingiltərəli futbolçunun transfer dəyərini 70 milyon avro qiymətləndirir.

Bənzər xəbərlər