featured-image-79023

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella DÇ-2026-nın ilk matçında Avstraliyaya məğlubiyyəti (0:2) şərh edib.

Msport.az xəbər verir ki, italiyalı mütəxəssis oyunu belə dəyərləndirib:

“Oyun taktiki baxımdan biz gözlədiyimiz kimi keçmədi. Bilirdik ki, onlar müdafiədə oturub gözləyəcəklər. Rəqib əks-hücumlardan istifadə etdi. Biz 2 qol buraxmışıq və çox məyusuq.

Komandamız meydanda ürəklə oynadı. Əgər bu cür davam etsək, istədiyimiz nəticələri əldə etməyə başlayacağıq. Növbəti görüşdə daha yaxşı oynayacağıq”.

Qeyd edək ki, Türkiyə millisi iyunun 20-də Paraqvaq, iyunun 26-da isə Amerika Birləşmiş Ştatları ilə qarşılaşacaq.

Bənzər xəbərlər