featured-image-46834

Almaniya millisinin və “Bavariya”nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Msport.az xəbər verir ki, 38 yaşlı qolkiper buna İngiltərə “Arsenal”ını 1:0 hesabı ilə məğlub etdikləri 1/4 final mərhələsinin oyununda nail olub. Bu oyundan sonra o, ÇL-da qapısını toxunulmaz saxladığı matçların sayını 58-ə çatdırıb. Bu nəticə ilə Noyer qitənin bir nömrəli klub turnirində ilk pilləyə yüksəlib. O, bu göstərici ilə İspaniya yığmasının və “Real Madrid”in əfsanəvi qolkiperi İker Kasilyası (57 oyun) qabaqlayıb. Üçüncü yerdə isə İtaliya seçməsinin və “Yuventus”un şərəfini qorumuş Canluici Buffon (52 oyun) qərarlaşıb.

Qeyd edək ki, “Bavariya” hər iki görüşün nəticəsi əsasən London təmsilçisini 3:2 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Münxen klubunun bu mərhələdəki rəqibi İspaniyanın “Real Madrid” komandası olacaq.

Bənzər xəbərlər