“Nürnberq”in rəsmisi: “Mahir Emreli komandada qala bilər”
“Nürnberq”in hücumçusu Mahir Emrelinin durumu qeyri-müəyyəndir.
Msport.az xəbər verir ki, Almaniya klubunun İdarə Heyətinin üzvü Joti Çatzialexiu yerli mətbuata açıqlamasında millimizin üzvünün komandadan gedib-getməyəcəyinin hələ məlum olmadığını bildirib.
O, Emreli ilə maraqlanan Cənubi Koreya klubundan (“Seul”) təklif gözlədiklərini söyləyib: “Emreli yenidən kollektivlə birgə məşqlərdə iştirak edir. Cənubi Koreya klubu bizimlə əlaqə saxlamasa, hücumçumuz komandamızda çıxışını davam etdirəcək”.
Qeyd edək ki, Mahir Emreli mövsümün sonuna qədər “Nürnberq”ə məxsusdur.