featured-image-61431

Millimizin futbolçusu Mahir Emrelinin Almaniya karyerası tezliklə başa çata bilər.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, “Nürnberq” 28 yaşlı hücumçunun xidmətində maraqlı deyil. II Bundesliqa təmsilçisi forvardla mövsümün sonunda başa çatacaq müqaviləni uzatmaq istəmir. Çünki Emrelinin çıxışı baş məşqçi Miroslav Klozeni qane etmir.

Bundan başqa, komanda yoldaşlarının da Mahirə münasibəti birmənalı deyil. Bütün bunları nəzərə alan klub rəhbərliyi azərbaycanlı hücumçu ilə vidalaşmaq niyyətindədir.

Qeyd edək ki, Mahir Emreli mövsümün əvvəlində “Nürnberq”lə 1-1 illk müqavilə imzalamşdı.

Bənzər xəbərlər