“Nyukasl”ın müdafiəçisi “Mançester Yunayted”i arzulayır
“Nyukasl”ın müdafiəçisi Lyuis Holl hazırkı klubundan ayrılmaqda qərarlıdır, bunu rəhbərliyə açıq şəkildə bildirib.
Msport.az xəbər verir ki, 21 yaşlı futbolçu “Mançester Yunayted”ə keçmək istəyir.
Holl hesab edir ki, “Nyukasl”da Eddi Haunun rəhbərliyi altında 2026-cı il Dünya Kuboku üçün İngiltərə millisinin heyətindəki yerini itirib. Yeni menecerin gəlişinə baxmayaraq, müdafiəçi hələ də ayrılmaq istəyir.
Ötən mövsüm Holl bütün yarışlarda 47 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.







