“O, məni fahişə adlandırdı” - Haland
Norveç yığmasının hücumçusu Erlinq Haland UEFA Millətlər Liqasında İsveçlə keçirilən oyunda Aleksandr Miloşeviçlə münaqişə yaşayıb.
Msport.az xəbər verir ki, Haland Miloşeviçin onu hədələdiyini bildirib:
“Əvvəlcə məni fahişə adlandırdı, amma əminliklə deyə bilərəm ki, bu, belə deyil. İkincisi, ayaqlarımı sındıracağını dedi. Bu təhdiddən dəqiqə yarım sonra isə qol vurdum. Bu, möhtəşəm idi”.
Norveç səfərdə İsveçə 2:1 hesabı ilə qalib gəlib. Komandasının hər iki qolunu məhz Haland vurub.