Oçoa karyerasını başa vurdu
Meksika millisinin əfsanəvi qapıçısı Gilyermo Oçoa peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Msport.az xəbər verir ki, 40 yaşlı qolkiperin karyerasındakı son oyunu DÇ-2026-nın qrup mərhələsində Çexiya millisinə qarşı keçirilən görüş olub.
Oçoa matçın 77-ci dəqiqəsində meydana daxil olub. Meksika yığması rəqibini 3:0 hesabı ilə məğlub edib. Bu qarşılaşma təcrübəli qapıçının peşəkar karyerasında son oyun kimi tarixə düşüb.
40 yaş 346 günlük olan Oçoa dünya çempionatında Meksika millisinin heyətində meydana çıxan ən yaşlı futbolçu rekorduna imza atıb. DÇ-2026 onun iştirak etdiyi altıncı dünya çempionatı olub.
Gilyermo Oçoa Meksika millisində debütünü 2005-ci ildə edib və milli komandanın heyətində 150-dən çox oyunda forma geyinib. O, 2006-cı ildən 2026-cı ilədək keçirilən altı dünya çempionatında Meksika yığmasının heyətində yer alıb.
Klub karyerası ərzində Oçoa Meksika, Fransa, İspaniya, Belçika, İtaliya, Portuqaliya və Kipr klublarında çıxış edib. O, “Amerika”, “Ayaçço”, “Malaqa”, “Qranada”, “Standard”, “Salernitana” və AEL komandalarının formasını geyinib.







