Oğlu Slotda səhv tutub – Ona görə də statistikanı sevmir
“Statistika ilə bağlı hər zaman dəqiq danışmıram”.
Msport.az xəbər verir ki, bu sözləri “Liverpul”un baş məşqçisi Arne Slot statistika barədə elə də yaxşı olmadığı barədə danışarkən deyib.
Niderlandlı mütəxəssisin sözlərinə görə, 2 gün öncə oğlu onda səhv tutub: “Mənə dedi ki, Kriştianu Ronaldunun heç vaxt Premyer Liqada oynamadığını söyləməklə böyük səhv etmişəm”.
O, PSJ ilə Çempionlar Liqasının 1/8 final mərhələsində keçirəcəkləri oyunlara da toxunub: “Onlar çox yaxşı çıxış edirlər. Ona görə də əsas diqqətimi bu matça cəmləyirəm. İndi liqanı unuduram. PSJ ilə matçdan sonra Premyer Liqa haqqında düşünməyə başlayacağam”.
Qeyd edək ki, görüş martın 6-da keçiriləcək.