featured-image-14846

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda “Olimpiakos”la qolsuz bərabərə qaldı. Bu oyundan sonra Yunanıstan təmsilçisi riyazi olaraq da pley-offa yüksəlmək şansını itiridi. İndi Pirey klubu 3-cü yeri tutub Konfrans Liqasına vəsiqə qazanmağa çalışacaq.

Yunanıstanın “Novasport.gr” saytı “Qarabağ” – “Olimpiakos” matçına geniş yera ayırıb.

Msport.az yazını ixtisarla sizə təqdim edir:

“Miçelin başçılıq etdiyi “Olimpiakos” oyunun ilk 30 dəqiqəsində çətin anlar yaşadı. Çünki azərbaycanlılar topa hədsiz dərəcədə çox sahib olaraq pressinq edirdilər. Buna baxmayaraq, “Qarabağ”ın 100 faizlik qol vəziyyəti olmadı. Hərçənd onlar qol vurmaq üçün çox axtarış edirdilər.

Birinci hissənin sonlarında oyunun siması dəyişdi. “Olimpiakos” topa nəzarət etməyə və meydanda boşluqlar tapmağa başladı.

“Olimpiakos” ikinci yarıya böyük enerji və özünə inamlı şəkildə qayıtdı. Hər iki komanda bir-birini neytrallaşdırdı və qol vəziyyətləri yaratmaqda çətinlik çəkməyə başladılar. “Olimpiakos” qol vurmasa da, turnirdə ilk xalını qazana bildi”.

 

Bənzər xəbərlər