“Olimpiakos” qalmaqallı futbolçusunu satır
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda bu gün “Qarabağ”ın qonağı olacaq Yunanıstan “Olimpiakos”u futbolçus Pape Abu Sisseni satır.
Msport.az xəbər verir ki, Pirey təmsilçisi qarşıdakı transfer pəncərəsində seneqallı müdafiəçi ilə vidalaşacaq. Klub rəhbərliyi hesab edir ki, indi 27 yaşlı oyunçunu satmaq üçün ən ideal vaxtdır.
Digər tərəfdən, evdə Ağdam klubuna 0:3 hesabı ilə uduzduqları III tur matçından sonra azarkeşləri söyən Sissenin bundan sonra komandada qalması çətin görünür.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” oyunu saat 20:45-də başlayacaq.