featured-image-40515

Türkiyə millisinin və “Beşiktaş” klubunun sabiq futbolçusu Oktay Derelioğlu hücuma məruz qalıb.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, o, tıxacda hərəkətdə olan zaman bir qrup şəxslə mübahisə edib.

Onun yanında həyat yoldaşı Başak Derelioğlu da olub. Nəticədə O.Derelioğlunun çiyni çıxıb və o, müxtəlif bədən xəsarətləri alıb.

Polis bu hadisəyə görə iki nəfəri saxlayıb.

Qeyd edək ki, Oktay Derelioğlu 2004/2005 mövsümündə Azərbaycanda “Xəzər Lənkəran”ın formasını geyinib.

Bənzər xəbərlər