featured-image-4134

“Roma”nın idman direktoru Françesko Totti etiraf edib ki, Paolo Dibalanı komandada görmək istərdi. Msport.az “Calciomercato”ya istinadən xəbər verir ki, əfsanəvi futbolçu paytaxt klubunun baş məşqçisi Joze Mourinyo haqda da fikirlərini bölüşüb:

“Mən Dibalaya bir neçə məsləhət verərdim. Əgər məndən asılı olsa idi, “Roma”da 10 nömrəli formanı ona təqdim edərdim. Baxaq görək, o, həmin formanı götürəcəkmi.

Mourinyoya gəlincə isə, həmişə ona yüksək qiymət verirəm. O həm insan, həm də məşqçi kimi çox xoşuma gəlir”.

Qeyd edək ki, Dibala “Yuventus”u azad agent kimi tərk edir. 28 yaşlı futbolçunun “İnter”ə keçəcəyi barədə məlumat yayılmışdı.

Bənzər xəbərlər