featured-image-596

“Ayaks”ın və Kamerun millisinin qapıçısı Andre Onana avtomobil qəzası keçirib.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, qolkiper şəxsi maşınında Yaundedən (Kamerunun paytaxtı) millinin düşərgəsinə yollanırmış.

Avtomobillərin demək olar ki, yararsız hala düşməsinə baxmayaraq, qəzada heç kim xəsarət almayıb.

Ötən ilin fevralında Onananın qanında qadağan olunmuş maddə tapıldığına görə, o, 2022-ci ilin fevralına kimi diskvalifikasiya olunmuşdu. Appelyasiya şikayətindən sonra cəzanın müddəti 9 aya endirilmişdi.

Qeyd edək ki, Kamerun yığması Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Əlcəzairlə qarşılaşacaq.

media-1647947310768764094

Bənzər xəbərlər