“Onu buraxın, Neymar klubu dağıdır”
PSJ-nin hücumçusu Neymar məşqlərə həvəssiz gəlir, işinə ciddi yanaşmır.
Msport.az xəbər verir ki, bu iddianı jurnalist Daniel Riolo səsləndirib:
“Neymar demək olar ki, məşq etmir. O, bazaya sərxoş olmaq dərəcəsində məyus halda gəlir. Neymar PSJ-yə qarşı intiqam hissi ilə doludur. Klub rəhbərliyi ilə komanda arasında böyük uçurum yaranıb.
Neymarın hərəkətləri və onun haqqında “Netflix”dəki sənədli film azarkeşlərin vecinə deyil. O, kluba böyük ziyan vurur. Onu buraxın, Neymar klubu dağıdır.
PSJ artıq klub deyil. Heç bir birləşdirici bağ qalmayıb. Məşqçi demək olar ki, yox kimidir. Prezident bir kəlimə də danışmayıb. Bu cür biabırçılıqdan sonra sərt addımlar atmaq lazim idi. Nə Leonardo, nə Əl-Xəlayfi heç bir açıqlama verməyiblər. Total məğlubiyyət.”