featured-image-61738

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş “Portu”nun sabiq prezidenti Pintu da Koştanın ölümü ilə bağlı emosional paylaşım edib.

Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis bu xəbərin dərin üzüntü ilə qarşıladığını bildirib.

Santuş məhz Koştanın rəhbərliyi altında həm məşqçi, həm də insan kimi böyüdüyünü bildirib: “Onun “Portu”ya olan həvəsi və fədakarlığı hamımız üçün ilham oldu. Zəkası və xarizması tamamilə diqqətəlayiq idi. Pintunun uzaqgörənliyi və liderlik keyfiyyətləri Portuqaliya, eləcə də dünya futbolunda, xüsusən də onunla işləmək iimkanı malik olan bütün insanların həyatında silinməz iz qoyub. Onun xatirəsi qəlbimizdə və futbol tarixində qalacaq. Rahat yatması üçün dua edirəm”.

Qeyd edək ki, 1998-2001-ci illərdə “Portu”nun baş məşqçisi olub.

Bənzər xəbərlər